Ana Sayfa > Karusel / Gündəm > Ramil Usubov Sabailin rəisini işdən çıxardı

Ramil Usubov Sabailin rəisini işdən çıxardı


17-01-2019, 12:53. Yazar: sevinc1
Ramil Usubov Sabailin rəisini işdən çıxardı


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, Səbail rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub. Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir.

Ş.Kazımov İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Bir neçə gün öncə İsmayıllı RPŞ-nin rəisi Telman Ağasiyev vəzifəsindən çıxarılaraq nazirliyin Baş Cinayət Axtarışı İdarəsinə təyinat alıb.

aia.az
Geri dön