Ana Sayfa > Karusel / Ölkə > 1055 nəfərin əsassız əlillik təyinatı ləğv edilib
1055 nəfərin əsassız əlillik təyinatı ləğv edilib17-01-2019, 11:03. Yazar: sevinc1 |
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin may ayından etibarən Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalar zamanı 1055 nəfərə əsassız əlillik dərəcəsinin verildiyi aşkarlanıb və bu təyinatlar dərhal ləğv edilib”. Bu barədəModern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib. Şöbə müdirinin sözlərinə görə, həmin əlillik təyinatları ilə bağlı verilən pensiya, müavinət və təqaüd ödənişləri də dayandırılıb: "Ödənilmiş vəsaitin bərpası üzrə tədbirlər görülüb. Əsassız təyinatların ləğv edilməsi ilə 3 milyon manat büdcə vəsaitinə qənaət olunub". Nazirlik rəsmisi bildirib ki, ümumən əlilliyin qiymətləndirilməsi prosesinə ciddi nəzarətin tətbiqi, bu sahədə şəffaflığın təmin olunması üçün görülən tədbirlər 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatının 61%, o cümlədən I qrup əlillik təyinatlarının 56% azalması ilə nəticələnib. aia.az Geri dön |