Ana Sayfa > Karusel / Təhsil > Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR

Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR


16-01-2019, 14:19. Yazar: sevinc1
Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR


Təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr imzalayıb.


Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.


Bildirilib ki, təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.


Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.


aia.az
Geri dön