Ana Sayfa > Manşet / Gündəm > Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak etdi

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak etdi


16-01-2019, 11:58. Yazar: sevinc1
Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak etdi


Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində NATO-nun mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin "Qətiyyətli dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, görüşdə Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri üçün təlim, dəstək və məsləhət məqsədilə NATO-nun rəhbərliyi altında aparılan "Qətiyyətli dəstək” missiyasının əməliyyat şəraiti və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb, həmçinin 2019-cu il və sonrakı dövrlərlə bağlı fikir və tövsiyələr dinlənilib.


aia.az
Geri dön