Ana Sayfa > Ölkə > Temperatur 10 dərəcə enəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Temperatur 10 dərəcə enəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ


15-01-2019, 15:22. Yazar: sevinc1
Temperatur 10 dərəcə enəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq yayıb.



Nazirlikdən Modern.az-a verilən məlumata görə, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

Ötən günlə müqayisədə havanın temperaturu kəskin - 10 dərəcə aşağı enəcək. Respublikanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 17-dən 18-ə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var.


Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

aia.az
Geri dön