Ana Sayfa > Siyasət > Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək


15-01-2019, 11:52. Yazar: sevinc1
Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək



Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Bu barədə aia.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir yanvarın 15-16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

aia.az
Geri dön