Ana Sayfa > Manşet / Gündəm > Nazir Səhlab Bağırovun vəzifəsini dəyişdi - BŞBPİ-dən getdi

Nazir Səhlab Bağırovun vəzifəsini dəyişdi - BŞBPİ-dən getdi


15-01-2019, 11:07. Yazar: sevinc1
Nazir Səhlab Bağırovun vəzifəsini dəyişdi - BŞBPİ-dən getdi



Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib.

aia.az unikal-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin Rəis müavini vəzifəsinə təyinat alıb.

Xəbəri DİN-dən təsdiqləyiblər.

aia.az
Geri dön