Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda enerji içkiləri ucuzlaşdı

Azərbaycanda enerji içkiləri ucuzlaşdı


14-01-2019, 16:23. Yazar: sevinc1
Azərbaycanda enerji içkiləri ucuzlaşdı




Azərbaycanda bir müddət əvvəl bahalaşan enerji içkiləri yenidən ucuzlaşıb.

BakuPost xəbər verir ki, buna səbəb aksiz vergisinin tətbiq edilmə tarixinin bir qədər uzadılmasıdır.

Bu barədə "Hell Azərbaycan” şirkətinin marketinq dirketoru Müşviq İsgəndərov məlumat verib. O, "Hell”in satış qiymətinin əvvəlki kimi 1 manat olduğunu deyib.

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.

Qərara əsasən, Azərbaycana idxal olunan alkoqollu və alkoqolsuz energetik içkilər, elektron siqaretlər üçün maye aksiz vergisinə cəlb edilir. Belə ki, dəyişikliyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni fevralın 10-da qüvvəyə minəcək.

aia.az
Geri dön