Ana Sayfa > Manşet / Siyasət > AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı hansı məsələ müzakirə olunacaq?!

AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı hansı məsələ müzakirə olunacaq?!


14-01-2019, 10:57. Yazar: sevinc1
AŞPA-nın qış sessiyasında  Azərbaycanla bağlı hansı məsələ müzakirə olunacaq?!


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası yanvarın 21-25-də Strasburqda keçiriləcək.



Maraqlıdır, AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı məsələlər müzakirə olunacaqmı?



Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa Modern.az-a açıqlamasında qış sessiyasında ölkəmizlə bağlı xüsusi məsələnin olmadığını söyləyib.



“Buna baxmayaraq deputatlarımız istənilən məsələlərlə bağlı çıxışlar edəcək. Əgər ermənilər tərəfindən hər hansı yalan iddialar səsləndirilirsə, deputatlarımızın bu mövzuda cavabları olur. Qaçqınlar problemi, insan haqlarının pozulmasından söhbət düşəndə mütləq Qarabağ məsələsini müzakirəyə çıxarırıq”



Onun sözlərinə görə, sessiya zamanı əsas müzakirə olunacaq məsələlər prosedur məsələləridir.



Eyni zamanda, AŞPA deputatları dezinformasiya və təbliğat kontekstində kütləvi informasiya vasitələri,mətbuat azadlığı barədə birgə müzakirələr aparacaqlar. Yerdə qalan məsələlər isə ayrı-ayrı ölkələrdə seçki və başqa məsələlərlə bağlı müzakirələrin aparılmasıdır. Həmçinin bir neçə ölkənin baş nazirinin çıxışı da ola bilər”



Qeyd edək ki, yanvarında 21-də Gürcüstanda keçirilmiş prezident seçkiləri (2018-ci ilin 28 oktyabr və 28 noyabrında) və Ermənistandakı növbədənkənar parlament seçkiləri ( 2018-ci ilin 9 dekabrında) müzakirə olunacaq.



Yanvarın 22-də sessiyada Finlandiyanın xarici işlər naziri Timo Soyni, yanvarın 23-də Albaniyanın XİN başçısı Ditmir Buşati çıxış edəcəklər.

aia.az
Geri dön