Ana Sayfa > Parlament / Aia TV / Karusel > Azərbaycanda həkimləri döydülər
Azərbaycanda həkimləri döydülər30-12-2015, 16:42. Yazar: admin |
Hadisə zamanı bir qrup şəxs xəstə aparan təcili tibbi yardım avtomobilinin qarşısını kəsərək avtomobilə zərbələr endirib Cəlilabadda çağırışa gedən təcili yardım işçiləri döyülüblər. Hadisə rayonun Mirzə Ələkbər Sabir küçəsində baş verib. Məlumata görə, çağırış yerinə ezam olunan həkimlər sözügedən ünvana çatdıqda ev sahibləri həkim Ruslan Sadıqova yumruq zərbələri endirərək onu döyməyə başlayıblar. Həkimlərin sözlərinə görə, onlar çağırış yerinə 3 dəqiqə ərzində çatıblar. Lakin ev sahibi xəstənin dünyasını dəyişidiyini əsas gətirərək onlara qarşı güc tətbiq edib. Cəlilabadda baş verən digər hadisə zamanı bir qrup şəxs xəstə aparan təcili tibbi yardım avtomobilinin qarşısını kəsərək avtomobilə zərbələr endirib. Hər iki hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdıma aparılır. Geri dön |