Ana Sayfa > Manşet / Gündəm > Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı
Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı14-01-2019, 10:33. Yazar: sevinc1 |
Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişikliklər edilib. aia.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, büdcədən maliyyələşdirilən qurumlar bölməsinə aşağıdakı məzmunda hissələr əlavə edilib. "Suraxanı Gənclər evi” sosial xidmət müəssisəsi; "Xəzər Gənclər evi” sosial xidmət müəssisəsi; "Sabunçu Gənclər evi” sosial xidmət müəssisəsi; "Qaradağ Gənclər evi” sosial xidmət müəssisəsi; "Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsi; "Tovuz Gənclər evi” sosial xidmət müəssisəsi; "Gəncə Gənclər evi” sosial xidmət müəssisəsi; "Şirvan Gənclər evi” sosial xidmət müəssisəsi; "Sumqayıt Gənclər evi” sosial xidmət müəssisəsi; "Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi; "Saatlı Gənclər evi” sosial xidmət müəssisəsi; "Balakən Gənclər evi” sosial xidmət müəssisəsi.”. Bununla yanaşı, 50-ci hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 51-58-ci hissələr əlavə edilib: "Qazax Olimpiya İdman Kompleksi” MMC, "Zaqatala Olimpiya İdman Kompleksi” MMC; "Şəki Olimpiya İdman Kompleksi” MMC; "Qusar Olimpiya İdman Kompleksi” MMC; "Abşeron Olimpiya İdman Kompleksi” MMC; "Ağcabədi Olimpiya İdman Kompleksi” MMC; "Buzovna İdman Zalı” MMC; "Bakı İdman Sarayı” MMC.”. aia.az Geri dön |