Ana Sayfa > Siyasət > İran XİN: ABŞ harada peyda olursa, orada xaos, haqsızlıq hökm sürür

İran XİN: ABŞ harada peyda olursa, orada xaos, haqsızlıq hökm sürür


14-01-2019, 10:00. Yazar: sevinc1
İran XİN: ABŞ harada peyda olursa, orada xaos, haqsızlıq hökm sürür


ABŞ-ın xarici siyasəti yalnız xaos və repressiya yayır.

Trend-in məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Maykl Pompeonun anti-İran bəyanatına cavabında deyib.

Nazir bildirib ki, ABŞ harada peyda olursa, orada xaos, repressiya, haqsızlıq hökm sürür:

"İran Birləşmiş Ştatların "müştəri"lərinə və Pompeonun "insan hüquqları müdafiəçilərinin nümunələri" adlandırdığı keçmiş şah və ya indiki başkəsənlərə oxşamağa başlasa, ölkə cəhənnəmə çevriləcək".

M.C.Zərif ABŞ-ı İranı itirməsi həqiqəti ilə barışmağa çağırıb.



aia.az
Geri dön