Ana Sayfa > Aia TV > Ərini itirən əməkdar artistin məktubu kövrəltdi: “Dözə bilmirəm, yanına gələcəm...”

Ərini itirən əməkdar artistin məktubu kövrəltdi: “Dözə bilmirəm, yanına gələcəm...”


11-01-2019, 12:34. Yazar: sevinc1
Ərini itirən əməkdar artistin məktubu kövrəltdi: “Dözə bilmirəm, yanına gələcəm...”


Əməkdar artist Gülbahar Şükürlü dünyasını dəyişən əri ilə bağlı sosial şəbəkədə video paylaşıb.

BakuPost xəbər verir ki, əməkdar artistin paylaşımı hər kəsi kövrəldib.

Onun yazdıqları izləyicilərini qorxudub: "Ay başımın tacı Zahid, axı mənə təsəllini sən verirdin. Niyə belə sürpriz etdin? Bəlkə də məni qınayanlar olacaq. Vallah özümdən asılı deyil. Ay Allah, sənə qurban olum, bu nə ağır yol imiş, dözə bilmirəm. Bu gediş nə dəhşət oldu? Zahid, doğrudan heç vaxt gəlməyəcəksən? Sən mənə heç vaxt vəfasızlıq etməzsən axı. Əgər sən gəlməsən, özüm yanına gələcəm. Mənim necə vəfalı olduğumu görəcəksən. Canımın içi, çox yandırdın bizi. Zahid, heç olmasa, yuxularıma gəl, yalvarıram”.

aia.az
Geri dön