Ana Sayfa > Karusel / Media > Dünyanın ən varlı adamı sərvətinin yarısını itirə bilər
Dünyanın ən varlı adamı sərvətinin yarısını itirə bilər10-01-2019, 10:29. Yazar: sevinc1 |
Dünyanın ən varlı adamı olan "Amazon" şirkətinin prezidenti Cef Bezos həyat yoldaşı Makkenzi Bezosdan boşanır. Bloomberg-in məlumatına görə, 137 milyard dollarlıq sərvətə malik olan Bezos sərvətinin tam yarısını – 69 milyard dolları boşanacağı həyat yoldaşına verə bilər. Bu, Makkenzi Bezosa avtomatik olaraq dünyanın ən varlı qadını statusunu qazandıra, "Amazon"un sahibinə isə zənginlərin reytinqində 6 pillə geriləməyə yol aça bilər. Eksperlər Bezosların nikaha girən zaman əmlakla bağlı müqavilə imzalamadıqları təqdirdə sərvətin tən yarı bölünəcəyini bildirirlər. Cütlük 1993-cü ildən nikahda olub və 3 oğul övlad böyüdüblər. Onlar boşanmaları barədə rəsmi məlumatı yanvarın 9-da açıqlayıblar. Xatırladaq ki, hazırda dünyanın ən varlı qadını 45,6 milyard dollar sərvətlə Fransuaza Betankur Mayersdir. aia.az Geri dön |