Ana Sayfa > Siyasət > Növbədənkənar parlament seçkiləri keçiriləcək? - YAP cavab verdi
Növbədənkənar parlament seçkiləri keçiriləcək? - YAP cavab verdi9-01-2019, 10:28. Yazar: sevinc1 |
"Yeni Azərbaycan Partiyasında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr aparılmır”. Bunu BakuPost-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib. A. Mirzəzadə qeyd edib ki, Konstitusiyaya əsasən hazırkı parlamentin səlahiyyət müddəti gələn ilin noyabrında başa çatacaq: "Biz növbədənkənar parlament seçkiləri ilə bağlı yayılan xəbərləri sadəcə, müzakirə kimi qəbul edirik. Hazırda növbədənkənar parlament seçkisinin keçirilməsinə hər hansı ehtiyac yoxdur”. Qeyd edək ki, etibarlı mənbələrə əsaslandığını iddia edən "Yeni Müsavat” qəzeti bu gün aprel ayında növbədənkənar seçkilərin keçiriləcəyi barədə məlumat yayıb. aia.az Geri dön |