Ana Sayfa > İqtisadiyyat > 2019-cu ildə “qara qızıl” neçəyə satılacaq? - Neft Krallığından PROQNOZ
2019-cu ildə “qara qızıl” neçəyə satılacaq? - Neft Krallığından PROQNOZ8-01-2019, 12:50. Yazar: sevinc1 |
2019-cu ilin ortaları üçün dünya bazarlarında neftin 1 bareli 60-70 dollar olacaq. Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Arab Petroleum İnvestment Corp. (Aricorp) şirkətinin hesabatında deyilir. Məlumata görə, Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ-da hasilatın artması, geosiyasi fonun pisləşməsi və makroiqtisadi mənzərənin dəyişməsi 2018-ci ilin sonlarında neft qiymətlərinin ucuzlaşmasına yol açıb. “2019-cu ildə ABŞ-da neft hasilatının yüksək olmasına baxmayaraq, "OPEK+"un hasilatı azaltmaqla qiymət bazarında sabitlik yaratmaq niyyəti yalnız 2019-cu ilin ikinci yarısında öz nəticəsini verəcək”-deyə Aricorp hesabatında deyilir. Xatırladaq ki, Səudiyyə Əərbistanı dünyada ən böyük neft ehtiyatlarına malik ölkədir. aia.az Geri dön |