Ana Sayfa > Siyasət > Deputatlar gələn həftə tətildən qayıdacaqlar
Deputatlar gələn həftə tətildən qayıdacaqlar8-01-2019, 12:48. Yazar: sevinc1 |
Milli Məclisin deputatları gələn həftə tətili başa vuracaqlar. Modern.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olurlar. Yanvar ayının 15-dən sonra isə Milli Məclis komitələrinin iclaslarının keçirilməsinə başlanılacaq. Parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. aia.az Geri dön |