Ana Sayfa > Gündəm / İqtisadiyyat / Aia TV / Karusel > Bütün “exhange”lər bağlanır - Dollar yalnız banklarda satılacaq
Bütün “exhange”lər bağlanır - Dollar yalnız banklarda satılacaq29-12-2015, 14:37. Yazar: admin |
Azərbaycandakı bütün valyutadəyişmə məntəqələri bağlanacaq. Aia.az xəbər verir ki, bu barədə virtualaz.org saytına hökumətə yaxın mənbələrdən məlumat verilib. İnformasiyaya görə, bununla bağlı müvafiq qərar ən yaxın zamanlarda qəbul edilə bilər. Məlumatı verən mənbə valyutadəyişmə məntəqələrinin bağlanması zərurətini onunla izah edib ki, bu məntəqələrin işçiləri birbaşa banklar tərəfindən müəyyən edilmiş vəzifələrini yerinə yetirmək əvəzinə nəinki təkcə Mərkəzi Bankın, bütövlükdə dövlətin siyasətinə ziyan vuran fəaliyyətlə məşğul olurlar. Belə ki, məhz valyuta mübadiləsi şöbələri əməkdaşlarının "fəaliyyəti” sayəsində möhtəkirlik halları artır, əhali arasında qeyri-sağlam ajiotaj yaranır. Məlumata görə, əhali bundan sonra pulunu "exhance”lərdə yox, bankların özündə və bank filiallarında dəyişə bilər. Bu isə Mərkəzi Banka öz pul siyasətini daha dəqiq yürütməyə və məzənnə ilə bağlı bütün prosesləri nəzarətdə saxlamağa imkan verəcək. Bu qərar həmçinin hələ 90-cı illərdən formalaşan "qara bazar”ın təsirini də heçə endirəcək. Geri dön |