Ana Sayfa > Manşet / Gündəm > Türkiyə Azərbaycanın bu ölkədən aldığı silahların dəyərini AÇIQLADI

Türkiyə Azərbaycanın bu ölkədən aldığı silahların dəyərini AÇIQLADI


7-01-2019, 12:59. Yazar: sevinc1
Türkiyə Azərbaycanın bu ölkədən aldığı silahların dəyərini AÇIQLADI


Azərbaycan 2018-ci ildə Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının alışını 85,7% artırıb.

Bu barədə Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyə İxracatçılar Assambleyasının (TİM) məlumatında deyilir ki, 2017-ci ildə Azərbaycanın Türkiyədən aldığı müdafiə və aviasiya məhsullarının qiyməti 34,143 milyon dollar təşkil etmişdisə, 2018-ci ildə bu göstərici 63 milyon 409 min dollara bərabər olub.

Ümumilikdə, Türkiyə ötən il 2 milyard 35 milyon dollarlıq müdafiə və aviasiya məhsulu ixrac edib ki, bu da bir il əvvəlki analoji göstəricidən 17% çoxdur.



aia.az
Geri dön