Ana Sayfa > Karusel / Ölkə > Cəbrayılın sabiq icra başçısı vəfat etdi

Cəbrayılın sabiq icra başçısı vəfat etdi


7-01-2019, 10:24. Yazar: sevinc1
Cəbrayılın sabiq icra başçısı vəfat etdi


Cəbrayıl rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev bu gün – yanvarın 7-də səhər saatlarında dünyasını dəyişib.

Bu barədəModern.az-amərhumun yaxınları məlumat veriblər.Mərhum bu gün Biləcəri qəbiristanlığında dəfn ediləcək.

Mahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.

O, uzun müddət Cəbrayıl rayonunda müxtəlif vəzifələrdə çalışıb. 18 dekabr 2000-ci ildən 3 mart 2016-cı ilə kimi Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Mahmud Quliyev son vaxtlar böyrək xəstəliyindən əziyyət çəkirdi...

Allah rəhmət eləsin...

aia.az
Geri dön