Ana Sayfa > Siyasət > Səfir: Hindistan energetika sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir
Səfir: Hindistan energetika sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir5-01-2019, 16:47. Yazar: sevinc1 |
Hindistanın neft şirkətləri Azərbaycanın neft-qaz sektorunda fəaliyyətini genişləndirmək niyyətindədir. Bunu Trend-ə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib. Diplomat xatırladıb ki, Hindistanın iri neft-qaz şirkəti “Oil and Natural Gas Corporation” “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağında 2,31 faiz paya malikdir: “Hindistanın bu sektorda yaxşı potensialı var. Bizim şirkətlərimiz Azərbaycanın digər neft-qaz layihələrinin inkişafında iştirak etmək niyyətindədir”. S.Rana qeyd edib ki, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlıq üçün də böyük potensial mövcuddur. Səfirin sözlərinə görə, ölkələr arasında iqtisadi münasibətlər ildən-ilə möhkəmlənir: “İkitərəfli ticarət hər il artır. Biz ümid edirik ki, iqtisadi əməkdaşlığımız yaxın illərdə daha da genişlənəcək”. aia.az Geri dön |