Ana Sayfa > Gündəm / Parlament / Aia TV / Karusel > İŞİD-in "Qızılı Çeçeni" tutuldu
İŞİD-in "Qızılı Çeçeni" tutuldu29-12-2015, 11:50. Yazar: admin |
İŞİD-in liderlərindən olan Əbu Ömər Əl-Şişani haqqında yeni bir məlumatlar yayıldı ABŞ əsgərləri "Qızılı Çeçen" kimi tanınan Əbu Ömər Əl-Şişanini Şimali İraqın Kərkük şəhərində ələ keçirib. Şişaninin daha əvvəl də öldüyü haqqında xəbərlər yayılmışdı. Amma hələ də məlumat Pentaqon tərəfindən təsdiqini tapmayıb. Aia.az-in məlumatına görə, Çeçenistan prezidenti Ramzan Kadırov 13 noyabr tarixində paylaşdığı cəsəd fotoşəkilləri ilə Rusiyanı hədələyən İŞİD komandiri Əbu Ömər Əl-Şişaninin - Tarkan Bataraşvilinin öldürülməsi barədə məlumat yaymışdı. Bir müddətdən sonra xəbər yalan olduğu məlum olmuşdu. Əbu Ömər Əl-Şişanin Şişani, 2014-cü ildə yayılan videoda Rusiyanı təhdid etmişdi. 1986-ci ildə Gürcüstanın şimalında dünyaya gələn Şişaninin atasının gürcüstanlı bir xristian, anasının isə Çeçen mənşəli müsəlman olduğu bildirilir. Şişani 2006-cı ildə Gürcüstan ordusuna qoşulub və ABŞ hərbi qüvvələrinin təlimlərində iştirak edib. 2008-ci ildə Qafqaz müharibəsində iştirak edən Şişani, 2010-ci ildə vərəm diaqnozu ilə ordudan ayrılıb. Silah ticarətiylə məşğul olarkən həbs olunan Şişani, həbsxanada radikal qruplarla təmas qurub. 2012-ci ildə azadlığa buraxılan Şişani, 2013-ci ildə Gürcüstandan ayrılaraq İŞİD komandiri olaraq fəaliyyətə başlayıb. Geri dön |