Ana Sayfa > Ölkə > Bakıda daha bir ərazidə ağac “qırğın”ı törətmək istəyirlər - Hasara aldılar

Bakıda daha bir ərazidə ağac “qırğın”ı törətmək istəyirlər - Hasara aldılar


4-01-2019, 17:21. Yazar: sevinc1
Bakıda daha bir ərazidə ağac “qırğın”ı törətmək istəyirlər - Hasara aldılar

Bakıda daha bir rayonda ağac "qırğın”ı törətmək istəyirlər.

BakuPost xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, şikayət paytaxtda ağacların ən çox kəsildiyi Xətai rayonundandır. Məhəmməd Hadi küçəsi, ev 23-24 ünvanında yaşayan sakinlərin sözlərinə görə, metronun Əhmədli stansiyasının yaxınlığında ağaclıq ərazi hasara alınıb. Əhmədli camaatı bildirir ki, ərazinin hasara alınmasında məqsəd ağacların qırılmasıdır.

"Bundan əvvəl də ağacları qırmışdılar. Xətai Rayon İcra Hakimiyyəti bu məsələyə göz yummure, onlar birbaşa bu ağac soyqırımına icazə verirlər. İstirahət yerimizi də əlimizdən alırlar”.

Sosial şəbəkələrdə ağacların hasara alındığı ərazinin fotoları da yayılıb. Fotolardan ağacların bir hissəsinin artıq kəsildiyi görünür:

aia.az
Geri dön