Ana Sayfa > Ölkə > Gəncədə Cavad xanın xatirəsi anıldı
Gəncədə Cavad xanın xatirəsi anıldı4-01-2019, 16:06. Yazar: sevinc1 |
Gəncə xanlığının sonuncu hökmdarı, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xanın xatirəsi yad edilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Modern.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək qeyd edib ki, Cavad xan Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparıb, imperiya ordusunun əsgərləri ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Gəncə işğal olunduqdan sonra və Sovetlər dönəmində Cavad xanın adını anmaq yasaqlansa da, xalq qəhrəmanlarını unutmayb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Cavad xanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. 2004-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə Cavad xanın məzarı üzərində gördüyünüz bu tarixi üslubda türbə inşa olunub. Gəncənin ən qədim küçə və qəsəbəsinə onun adı verilib. Professor Həsənbala Sadıqov çıxış edərək, tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, Çar imperiyası qoşunlarının çoxsaylı həmlələrindən sonra Gəncə şəhəri 1804-cü il yanvarın 4-də işğal edilib. Gəncənin müdafiəsində Cavad xan və ortancıl oğlu Hüseynqulu xan şəhid olublar. Qalanın müdafiəsi zamanı minlərlə gəncəli həlak olub. Şah Abbas məscidinə sığınan yüzlərlə insan isə son nəfərinədək qılıncdan keçirilib. Cavad xan çar imperiyası qoşunlarına qarşı mərdliklə mübarizə apararaq Azərbaycanın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən birini yazıb. O, tək Gəncənin yox, bütün Azərbaycanın müstəqillik rəmzidir. Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorlarnın təqdimatında Cavad xanın xatirəsinə həsr olunan səhnəçik nümayiş olunub. Daha sonra tədbir iştirakçıları Cavad xanın məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. aia.az Geri dön |