Ana Sayfa > Qərbi Azərbaycan > Gürcüstanda qripə yoluxanların 95 faizini “donuz qripi” təşkil edir

Gürcüstanda qripə yoluxanların 95 faizini “donuz qripi” təşkil edir


4-01-2019, 11:41. Yazar: sevinc1
Gürcüstanda qripə yoluxanların 95 faizini “donuz qripi” təşkil edir


Gürcüstanda qrip virusu geniş yayılıb. Son statistik məlumatlara görə, orta hesabla hər 100 min nəfərdən 276-sı qripdən əziyyət çəkir. BakuPost-un məlumatına görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkkrelidze açıqlayıb. O deyib ki, Gürcüstanda yayılmış qrip virusunun 95 faizini H1N1 virusu - "donuz qripi” təşkil edir.

Amiran Qamkkrelidzenin sözlərinə görə, "donuz qripi”ndən ölənlərin sayı 6 nəfərə çatıb. Ölüm faktlarının 4-ü Acarıstan Muxtar Respublikasında, 1-i Tbilisidə, 1-i isə Kutaisidə qeydə alınıb.

Yanvarın 3-də Qori şəhərində daha bir qrip xəstəsi dünyasını dəyişib. İlkin məlumata görə, qadının ölümünə virusun ağır forması səbəb olub. Onun "donuz qripi”ndən ölməsi faktı ekspertizadan sonra məlum olacaq.

aia.az
Geri dön