Ana Sayfa > Gündəm > “Azərenerji”nin yeni mətbuat katibi: “Bir müddət keçsin, sonra danışım”

“Azərenerji”nin yeni mətbuat katibi: “Bir müddət keçsin, sonra danışım”


4-01-2019, 11:39. Yazar: sevinc1
“Azərenerji”nin yeni mətbuat katibi: “Bir müddət keçsin, sonra danışım”


“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəzifəsinə təyinat alan jurnalist Teymur Abdullayev Modern.az-la ilk təəssüratlarını bölüşüb.

T.Abdullayev təyinatını ilk günləri olduğundan geniş danışmaq istəməyib:

“İşə yeni başlamışam. Müəyyən müddət keçsin, fəaliyyətimiz görünsün, sonra danışaq”.

Mətbuat katibi jurnalistlərlə qarşılıqlı əməkdaşlıq şəraitində çalışacağını vurğulayıb.

Teymur Abdullayev əvvəllər “Şərq”, “Hürriyyət”, “P.S” və digər qəzetlərdə işləyib.
O, 2009-cu ildən 2013-cü ilin noyabrınadək Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb və mayor rütbəsinədək yüksəlib.
Daha sonra İctimai Televiziyada İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

aia.az
Geri dön