Ana Sayfa > Manşet / Ölkə > Bakı-Gəncə sürət qatarında 309 sərnişin daşınıb - STATİSTİKA

Bakı-Gəncə sürət qatarında 309 sərnişin daşınıb - STATİSTİKA


4-01-2019, 10:30. Yazar: sevinc1
Bakı-Gəncə sürət qatarında 309 sərnişin daşınıb - STATİSTİKA


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili ərəfəsində, həmçinin, istirahət günlərində gücləndirilmiş iş rejimində çalışıb.



“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Modern.az-a verdiyi məlumata görə, bayram günlərində, dekabrın 27-dən etibarən 3 yanvar da daxil olmaqla, hər gün əlavə vaqonların qoşulması təmin edilib:

“Belə ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 82 vaqon qoşulub”.

Qurum rəsmisi deyib ki, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında 20171 nəfər sərnişin daşınıb ki, bu da adi iş günlərində daşınan normadan çoxdur:

“Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə günaşırı, Bakıdan 30 dekabr 2018-ci ildən etibarən ayın cüt günlərində, Gəncədən isə 31 dekabr 2018-ci ildın etibarən ayın tək günlərində “Stadler Rail Group” şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı təyin edilib. İşə düşdüyü gündən bu günə qədər sözügedən qatarla 309 sərnişin daşınıb”.


aia.az
Geri dön