Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-2 > Yevlax – inkişaf bütün sahələrdə davam edir
Yevlax – inkişaf bütün sahələrdə davam edir3-01-2019, 16:09. Yazar: sevinc1 |
Rza Əliyev: “Biz həm xidməti işimizdə, həm də siyasi fəaliyyətimizdə Prezidentimizin ətrafında sıx birləşərək, yalnız uğurla addımlamağı qarşımıza məqsəd qoymuşuq” Yevlax iri kənd təsərrüfatı rayonu olmaqla yanaşı, həm də əhəmiyyətli sənaye şəhəridir. Keçən əsrin 70-80-ci illərində ümumilli liderimiz Heydər Əliyevin qayğı və diqqəti sayəsində burada bir sıra sənaye müəssisələri tikilib istifadəyə verilmişdir və 80-ci illərin əvvəllərində sənaye məhsulları istehsalının həcminə görə Yevlax respublikanın 3-cı şəhəri idi. Azərbaycan xalqının xilaskarı, ümumilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyəiə qayıdışından sonra yaradılmış ictimai-siyasi sabitlik, həyata keçirilən islahatlar, özəlləşdirmə Yevlaxda da sənaye sahələrinin inkişafına münbit şərait yaratmış 2004-cü ildən başlayaraq və çoxlu sayda sənaye müəssisələri tikilib istifidayə verilmişdir. “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Yevlaxda uğurla icra edilmişdir Son illər Yevlaxda iqtisadi-sosial və mədəni həyatın bütün sahələri kompleks şəkildə inkişaf etdirilmişdir. Bu mühüm amil ilk növbədə şəhər icra hakimiyyətinin, eləcə də rayonda fəaliyyət göstərən digər dövlət müəssisələrinin işində əsas göstəriciyə çevrilmiş, eyni zamanda da insanların sosial-məişət problemlərinin həlli məsələsi daim diqqət mərkəzində saxlanılmışdır. Qeyd edək ki, artıq tarixə çevrilmiş 2018-ci ilin oktyabr ayının 18-də, respublikanın Dövlət Müstəqilliyi Günündə keçirilmiş Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında ŞİH Başçısı cənab Qoca Səmədov 2018-ci ilin 9 ayında Yevlaxın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında geniş və ətraflı məruzə etmiş və bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin daimi diqqət və qayğısını hiss edən yevlaxlılar əvvəlki illərdə olduğu kimi 2018-ci ilin 9 ayında da şəhərimizin hərtərəfli inkişafı üçün bütün qüvvələrini səfərbərliyə almışlar. Quruculuq, abadlıq, tikinti işləri davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldıırılmasına xüsusi fikir verilmişdir. ŞİH Başçısı onu da vurğulamışdır ki, cənab Prezidentin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” respublikanın hər yerində olduğu kimi Yevlaxda da uğurla icra edilmişdir. Hazırda rayonda tikinti-quruculuq, abadlıq işləri, aqrar sahənin inkişafı davam etdirilir. Yevlax Maliyyə İdarəsi səmərəli fəaliyyət göstərir Bir qədər yuxarıda da qeyd etdiyimiz kimi, bu gün Yevlaxda müşahidə olunan dinamik inkişaf eyni zamanda həm rayon rəhbərliyinin tətbiq etdiyi effektiv idarəçilik metodlarının, həm də rayonda fəaliyyət göstərən müəssisə və təşkilat kollektivlərinin, bütün yevlaxlıların ümumi səylərinin nəticəsidir. O cümlədən, hazırda Yevlaxda fəaliyyətinin yüksək səmərəliliyi ilə seçilən dövlət qurumlarından biri kimi Maliyyə İdarəsini qeyd etmək olar. Məlum olduğu kimi, bu gün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyində ərazi struktur bölməsi olmaqla rayonlarda yerləşən maliyyə idarələrinin əsas fəaliyyət istiqamətləri yerləşdikləri rayon (şəhər və ya bölgə) üzrə maliyyə, büdcə, mühasibat uçotu və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanmasında səlahiyyətləri daxilində iştirak etmək; Dövlət büdcəsinin rayon (şəhər və ya bölgə) üzrə yerli xərclərinin layihəsinin qanunvericiliyə uyğun hazırlanması və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunmasını təmin emək; Qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət büdcəsinin rayon (şəhər və ya bölgə) üzrə yerli xərclərinin icrasını təsdiq olunmuş rüblük bölgü əsasında təmin etmək; Büdcə sistemi, vergi, dövlət xəzinədarlığı sahəsində İdarənin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi tənzimlənmənin həyata keçirilməsində səlahiyyətləri daxilində iştirak etmək; Yerləşdiyi rayon (şəhər və ya bölgə) üzrə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf istiqamətləri barədə təkliflərin hazırlanmasında müvafiq qaydada iştirak etmək; İdarənin nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə rayonun (şəhər və ya bölgənin) yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatların fəaliyyətini əlaqələndirmək; Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. Rza Əliyev – peşəkar maliyyəçi, saf əqidəli dövlət qulluqçusu Göründüyü kimi, maliyyə idarələri qarşısında qoyulmuş vəzifələr heç də asan və ya az zəhmət tələb edən işlər deyil. Bununla belə, əldə etdiyimiz məlumatlarda vurğulanır ki, Yevlax rayon Maliyyə İdarəsi bu vəzifələrin icrasını uğurla həyata keçirir. Qeyd etmək lazımdır ki, bu gün Yevlax rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışan Rza Əliyev bu sahədə uzun illərin iş təcrübəsinə malik olan, öz işini bilən və sevən peşəkar maliyyəçidir. Məhz elə bu səbəbdən də, dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin effektiv icrasını təmin etmək üçün rəhbərlik etdiyi qurumun işini düzgün istiqamətləndirmək Rza müəllim üçün elə də çətin deyildir. Digər tərəfdən isə, Yevlax rayon Maliyyə İdarəsinin işini stimullaşdıran əsas amillərdən biri də Rza Əliyevin öz fəaliyyətini hər zaman xalqa, dövlətə və ölkə rəhbərliyinə sədaqət prinsipləri əsasında qurmasıdır. Təsadüfi deyil ki, Rza Əliyev YAP Yevlax rayon təşkilatı Maliyyə məhəlli ilk partiya təşkilatının sədridir. Elə təşkilatın keçirilmiş konfranslarından birində Rza müəllimin səsləndirdiyi bu fikirlər də onun saf əqidəli bir insan olmasından xəbər verir: “Bizim amalımız birdir, yolumuz Ulu Öndər Heydər Əliyev yoludur. Biz xoşəbəxt gələcəyimizi yalnız bu yolda görürük. Ona görə də, həm xidməti işimizdə, həm də siyasi fəaliyyətimizdə Prezidentimizin ətrafında sıx birləşərək, yalnız uğurla addımlamağı qarşımıza məqsəd qoymuşuq. aia.az Abbas Abbasov Elbrus Ağayev Geri dön |