Ana Sayfa > Manşet / Gündəm > Bakı-Tbilisi-Qars dəmir yolu gələn il açılacaq

Bakı-Tbilisi-Qars dəmir yolu gələn il açılacaq


29-12-2018, 12:15. Yazar: sevinc1
Bakı-Tbilisi-Qars dəmir yolu gələn il açılacaq



Bakı-Tbilisi-Qars istiqamətində sərnişin qatarı gələn il istifadəyə veriləcək. Biz vaqonları sifariş etmişik, İsveçrənin "Stadler" firması tərəfindın vaqonların hazırlanması gecikir".



Modern.az xəbər verir ki, bunu "Azərbaycan Dəmiryolları"QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, fevralın sonu, martda qatarlar təhvil veriləcək. "Qatarlar təhvil verilən kimi qatar işə salınacaq. İlk sərnişinləri də siz (red-jurnalistlər) və ictimiayyət nümayəndələri olacaq".



C.Qurbanov eyni zamanda bildirib ki, gələn il Bakı II dəmir dairəvi yolunda 14 stansiyanın müəyyən hissəsi hazır olacaq: "Gələn ilin ortalarına yaxın ikinci tərəfdən Koroğlu stansiyasından keçməklə Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məhəmmədli, Fatmayi, Novxanı, Sumqayıt açılışını edəcəyik".



aia.az
Geri dön