Ana Sayfa > Qərbi Azərbaycan > Tramadol hidroxlorid maddəsinin istifadəsi tamamilə məhdudlaşdırıldı
Tramadol hidroxlorid maddəsinin istifadəsi tamamilə məhdudlaşdırıldı28-12-2018, 12:37. Yazar: sevinc1 |
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”na dəyişikliklik layihəsi səsverməyə çıxarılıb. Modern.az xəbər verir ki, dəyişikliyin məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsir edən maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir. Siyahıdakı 79-cu “Tramadol hidroxlorid 100mq-150mq-200mq və daha artıq. Bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)- tsikloheksan-1-ol hidroxlorid)” bəndində dəqiqləşdirmə aparılıb. Siyahıdan maddənin miqdarı (100mq-150mq-200mq və daha artıq) çıxarılıb. Layihədə bildirilib ki, tramadol hidroxlorid ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilən bu maddə yüngül və güclü, kəskin və xroniki ağrılan qarşısının alınması üçün istifadə edilir. Bundan başqa, siyahıya 37-1 ((Qabapentin. Bütün qabapentin tərkibli dərman vasitələrinə şamil olunur. (1-(Aminometil) tsikloheksansirkə turşusu) maddəsi əlavə olunur. Bu maddənin külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 5 qram götürülüb. Layihə qəbul edilib. aia.az Geri dön |