Ana Sayfa > Cəmiyyət > Zaqatala polisi evlərdən oğurluq edən şəxsi tutdu

Zaqatala polisi evlərdən oğurluq edən şəxsi tutdu


28-12-2018, 10:46. Yazar: sevinc1
Zaqatala polisi evlərdən oğurluq edən şəxsi tutdu


Dekabrın 27 -də Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini onun evindən 139 manat pulun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxsin rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmmədov olduğu müəyyən edilib. Ətrafında aparılan araşdırmalarla onun digər cinayət əməlinin də üstü açılıb. Belə ki, onun dekabrın 6-da başqa bir evdən də 400 manat pul oğurladığı müəyyən edilib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.



aia.az
Geri dön