Ana Sayfa > Dünya > Trampın səfərindən sonra ABŞ səfirliyi hücuma məruz qaldı
Trampın səfərindən sonra ABŞ səfirliyi hücuma məruz qaldı27-12-2018, 16:17. Yazar: sevinc1 |
İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin yaxınlığında silsilə partlayışlar baş verib. Trend-in məlumatına görə, paytaxtın xüsusi mühafizə olunan hissəsi hesab edilən və diplomatik missiyaların yerləşdiyi “yaşıl zona”ya bir neçə minaatan mərmisi buraxılıb. ABŞ səfirliyinin mühafizəçilərinin cavab atəşi açdığı deyilir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. Qeyd edək ki, hücum ABŞ Prezidenti Donald Trampın İraqa səfəri və orada Amerika hərbçiləri ilə görüşündən sonra baş verib. aia.az Geri dön |