Ana Sayfa > Manşet / Gündəm > Ordumuzun mövqelərində heç bir hadisə baş verməyib - Müdafiə Nazirliyi

Ordumuzun mövqelərində heç bir hadisə baş verməyib - Müdafiə Nazirliyi


27-12-2018, 11:00. Yazar: sevinc1
Ordumuzun mövqelərində heç bir hadisə baş verməyib - Müdafiə Nazirliyi


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində mülki vətəndaşlarımızı atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır: "Bildiririk ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və bölmələrimiz əməliyyat şəraitinə nəzarət edir”.

aia.az
Geri dön