Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda kütləvi dava - 19 yaşlı oğlan bıçaqlandı

Bakıda kütləvi dava - 19 yaşlı oğlan bıçaqlandı


27-12-2018, 10:34. Yazar: sevinc1
Bakıda kütləvi dava - 19 yaşlı oğlan bıçaqlandı


Bakıda kütləvi dava baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Kütləvi dava rayonun Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində naməlum şəxslər arasında olub.

Dava nəticəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Səfərli Ülvi Mahir oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

aia.az
Geri dön