Ana Sayfa > Karusel / Gündəm > Bayram günü metro gecə 2-yə kimi işləyəcək

Bayram günü metro gecə 2-yə kimi işləyəcək


26-12-2018, 12:38. Yazar: sevinc1
Bayram günü metro gecə 2-yə kimi işləyəcək



Bayram günlərində "Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, şəhərin məkrəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq.

Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31- dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı metropoliteninə giriş açıq olacaq.

aia.az
Geri dön