Ana Sayfa > Manşet / Siyasət > Onlar qanunvericilik təşəbbüsü ilə çıxış etdilər, Milli Məclisə yeni qanun layihələri verdilər
Onlar qanunvericilik təşəbbüsü ilə çıxış etdilər, Milli Məclisə yeni qanun layihələri verdilər26-12-2018, 12:34. Yazar: sevinc1 |
2018-ci il yekunlaşır. Bu il ərzində Milli Məclis bir sıra qanunlara dəyişikliklər edib, yeni qanun layihələri qəbul olunub. Yaz və payız sessiyaları ərzində parlamentin bir neçə deputatı qanunvericilik təşəbbüsü ilə çıxış edib və fərdi şəkildə qanun layihələri hazırladıqlarını bildiriblər. Modern.az saytı Milli Məclisin 2018-ci ilin yaz və payız sessiyalarında qanunvericilik təşəbbüsü ilə çıxış edən və qanun layihələri hazırlayan deputatları xatırladır: Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü , Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev müəllifi olduğu "Peşə birlikləri haqqında" və "Sosial sifariş haqqında" yeni qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif edib. Milli Məclisin sədri Oqtay Əsədov isə Azay Quliyevin təkliflə baxılması üçün parlamentin Aparatına tapşırıq verib. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov rəhbərlik etdiyi komitənin iclaslarının birində “Donor haqqında” qanunun qəbul edilməsini təklif edib. Sənəddəki müddəalar isə işçi qrupunun təklifi əsasında müəyyən ediləcək. İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, “Mətbuat Şurası haqqında” qanun layihəsinin üzərində iş gedir. Yeni sənədin hazırlanması ilə bağlı işçi qrup da yaradılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə qrupa rəhbər seçilib. Əflatun Amaşov eyni zamanda “Deputatların gəlir deklorasiyası haqqında” qanun qəbul edilməsini də təklif edib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov həmkarı Əli Məsimli ilə birlikdə "Təhsil kreditləri haqqında” qanun layihəsi hazırladıqlarını və həmin sənədin qəbul edilməsini təklif ediblər. Qanun layihəsi 19 maddədən ibarətdir. Sənəddə tələbələrin rahat bir şəkildə təhsil kreditlərindən yararlanması kimi məsələlər öz əksini tapıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli “Kredit risklərinin sığortalanması haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib. Deputat bildirib ki, bu qanunun mövcudluğu xarici valyutada verilən kreditlə bağlı mümkün gərginliyi azalda bilər. Deputat həmçinin, bu gün xarici valyutada kredit götürmüş, lakin qaytara bilməyən ölkə vətəndaşlarının vəziyyətinin nəzərə alınmasını, buna görə də “Müflisləşmə haqında qanun”da dəyişiklik edilməsini və qanuna fiziki şəxslərin də müflisləşməsi ilə bağlı maddələrin əlavə olunmasını təklif edib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev isə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin müəllifidir. Sənəd Milli Məclis Aparatına təqdim olunub. Qanun layihəsi 12 maddədən ibarətdir. Sənəddə işğal olunmuş ərazilərdə hüquqi rejim, hərəkətin məhdudlaşdırılması, işğal edilmiş ərazilərdəki daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları və sair məsələlər konkret hüquqi formada təsbit olunub. aia.az Geri dön |