Ana Sayfa > Karusel / Siyasət > “2018-ci ildə Rusiya ilə münasibətlər çox sürətlə inkişaf edib” - Prezident
“2018-ci ildə Rusiya ilə münasibətlər çox sürətlə inkişaf edib” - Prezident24-12-2018, 14:20. Yazar: sevinc1 |
"Azərbaycanla Rusiyanın müştərək nəqliyyat layihələri qarşılıqlı ticarətin inkişafına mühüm təkan verəcək". Bunu Rusiyanın "Russia-24” telekanalına müsahibəsində Prezident İlham Əliyev bildirib. Dövlət başçısı deyib: "Bu il Azərbaycanla Rusiya arasındakı münasibətlər çox sürətlə inkişaf edib. Prezident Vladimir Putinlə mənim Rusiyaya rəsmi səfərim, onun Azərbaycana səfəri,- beynəlxalq tədbirlər də daxil olmaq şərtilə altı dəfə görüşmüşük, bu görüşlərin hər biri də səmərəli olub”. Prezidentin sözlərinə görə, indiyədək tərəflər arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrinə dair yol xəritələri ərsəyə gətirilib, azərbaycanlı və rusiyalı sərmayəçilər hər iki ölkənin iqtisadiyyatına sərmayələr qoyur, qarşılıqlı ticarət dövriyyəsinin daha da artması, birgə müəssisələrin qurulması üçün əlverişli şərait yaradılır. "Məncə, müştərək nəqliyyat layihələrimiz də ikitərəfli ticarət əlaqələri üçün mühüm təkan verəcək. "Şimal – Cənub” lahiyəsi artıq həyata keçirilir, yalnız bu il ərzində Azərbaycan üzərindən tranzitin onqat artmasının şahidi olmuşuq. Yəni münasibətlərimizə kompleks şəkildə yanaşırıq. Bunun təməli də tarixi dostluğumuzdur. Bu təməl üzərində siyasi münasibətlərimizin çox ciddi bünövrəsini qurmuşuq”, – Azərbaycan Prezidenti vurğulayıb. (Report) aia.az Geri dön |