Ana Sayfa > Cəmiyyət > Sürücü qadın sərnişini döyüb, pulunu aldı

Sürücü qadın sərnişini döyüb, pulunu aldı


24-12-2018, 14:15. Yazar: sevinc1
Sürücü qadın sərnişini döyüb, pulunu aldı


Dekabrın 22-də saat 3 radələrində Abşeron rayon sakini olan bir qadın "28 Mall” ticarət mərkəzinin qarşısında "Opel” markalı avtomobilə sərnişin qismində əyləşərək Xocəsən qəsəbəsi ərazisinə gedəcəyini bildirib.

aia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sürücü onu aldadaraq Sabunçu qəsəbəsi ərazisinə aparıb, avtomobildə döyərək 680 manatını alıb. Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini Fərhad Əliyev saxlanılıb.


aia.az
Geri dön