Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda tələbələr arasında qanlı olay - 18 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda tələbələr arasında qanlı olay - 18 yaşlı gənc bıçaqlanaraq öldürüldü


24-12-2018, 10:47. Yazar: sevinc1
Bakıda tələbələr arasında qanlı olay - 18 yaşlı gənc bıçaqlanaraq öldürüldü



Bakıda qətl törədilib.

aia.az Open.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu Atatürk propekti 2A ünvanında qeydə alınıb.

İdman Akademiyasının tələbəsi, 18 yaşlı Rauf İlqar Murquzov aralarında yaranmış mübahisə zəminində Azərbaycan Texniki Universitetinin tələbəsi, 18 yaşlı Elman Elyar oğlu Xəlilovu bıçaqlayaraq öldürüb.

Həyata keçirilən tədbirlər nəticəsində Rauf Murquzov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

aia.az
Geri dön