Ana Sayfa > Karusel / Gündəm > Baş nazirdən iki nazirliklə bağlı QƏRAR

Baş nazirdən iki nazirliklə bağlı QƏRAR


22-12-2018, 12:00. Yazar: sevinc1
Baş nazirdən iki nazirliklə bağlı QƏRAR


Nazirlər Kabineti Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahılarını təsdiqləyib.

aia.az xəbər verir ki, bununla bağlı baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Bununla "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” və "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiqlənib.

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na büdcədən maliyyələşdirilən 100 qurum, təsərrüfat hesanlı 11 təşkilat və bir publik hüquqi şəxs daxil edilib.

"Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilib. Bu siyahıya büdcədən maliyyələşdirilən 86 qurum, təsərrüfat hesablı 3 təşkilat və bir publik hüquqi şəxs daxil edilib.




aia.az
Geri dön