Ana Sayfa > Təhsil > ATU-da “Yenidoğulma dövrünün aktual problemləri” simpoziumu keçirildi

ATU-da “Yenidoğulma dövrünün aktual problemləri” simpoziumu keçirildi


21-12-2018, 15:01. Yazar: sevinc1
ATU-da “Yenidoğulma dövrünün aktual problemləri” simpoziumu keçirildi


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Neonatologiyanın müasir aktual problemlərinə həsr olunmuş “Yenidoğulma dövrünün aktual problemləri” adlı simpozium keçirilib.

ATU-nun Elmi işlər üzrə prorektoru, Dosent Rauf Bəylərov qeyd edib ki, neonatal xidmət səviyyəsinin qaldırılması üçün Azərbaycanda bir çox işlər aparılır. Müasir təchizatların alınır, neonatal mərkəzlər açılır.

“Bu gün tədbirimizdə bir çox aktual mövzulara toxunulacaq. Bütün bunlar uşaq ölümünün azalması, neonatal tibbin inkişafı üçün çox əhəmiyyətlidir. Tədbirdə Türkiyədən gələn qonaqlar da iştirak edir. İnanıramki, onların da iştirakı ilə keçiriləcək müzakirələr, səslənəcək mühazirələr bu işin gələcəkdə praktikada tədbiqinə kömək edəcək”.

Simpoziumda Türkiyənin Sanko Universitetinin dosenti Yusuf Ünal Sarıkabadayı “Yenidoğulmuşlarda infeksiyalar.Sepsis. Meningit”, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının Professoru Səfixan Həsənov “Perinatal asfiksiya. Yenidoğulmuşlarda poliorgan çatmamazlığı”, Sağlık Bilimleri Universiteti Dos.Dr. Fuad Emre Canpolat “Hipoksik İşemik Ensefalopatiya. Hipotermiya” mpbzularında ətraflı çıxış ediblər.

Simpozium işini məruzələr ətrafındaki müzakirələrlə davam etdirib.

aia.az







Geri dön