Ana Sayfa > Təhsil > YENİ TƏDRİS BİNASINDA İLK DƏRS KEÇİLİB

YENİ TƏDRİS BİNASINDA İLK DƏRS KEÇİLİB


21-12-2018, 14:59. Yazar: sevinc1
YENİ TƏDRİS BİNASINDA İLK DƏRS KEÇİLİB




Gəncə Dövlət Universitetinin 5-ci tədris binası kollektivin istifadəsinə verilib.

Bu münasibətlə rektor, professor Yusif Yusibov yeni korpusa köçürülən Filologiya və Xarici dillər fakültəsinin professor – müəllim heyəti və tələbələri ilə görüşüb.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızdakı digər ali təhsil müəssisələri kimi Gəncə Dövlət Universitetinin də inkişaf etdiyini və fəaliyyətinin yüksək nailiyyətlərlə şərtləndiyini deyən rektor bildirib ki, yeni tədris binasında elm və təhsilin hərətərəfli inkişafı üçün bu sahədəki ən son nailiyyətlər tətbiq edilib.

Qeyd edilib ki, yeni tədris binası universitetin daxili imkanları hesabına müasir təhsil standartları səviyyəsində yenidən qurulub. Ümumi ərazisi 4,8 hektar olan 4 mərtəbəli tədris binası müasir infrastruktura və zəngin maddi texniki bazaya malikdir. Ərazidə 2 mərtəbəli tədris binası, 99 otaq (42 auditoriya, 52 ofis), idman və 306 yerlik iclas zalı, kiçik iclas zalı, tibb məntəqəsi, yeməkxana və 4 min 200 kvadratmetr idman sahəsi var. Həmçinin yeni tədris binasının nəzdində Heydər Əliyev guşəsi, universitetin tarixini əks etdirən muzey, sahəsi 360 kvadratmetr olan Nuru Paşa adına 30 min kitab fonduna malik kitabxana, Əlil Tələbələr üçün Mərkəz, Müasir Təlim Mərkəzi, E-Öyrənmə Mərkəzi, Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi, Dil Resursları Mərkəzi və iki müxtəlif istiqamətlərdə fəaliyyət göstərəcək Kompüter Mərkəzi yaradılıb.

Universitetin infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazasının zənginləşdirilməsi istqamətində işlərin bundan sonra da davam etdiriləcəyini deyən rektor, yeni korpusda fəaliyyət göstərəcək professor-müəllim heyətinə, eləcə də tələbələrə uğurlar arzulayıb.

Universitetin alimləri, həmçinin tələbələr müasir tədris binası ilə təmin olduqlarına görə sevinclərini ifadə edib, Prezident İlham Əliyevə təhsilə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

aia.az










Geri dön