Ana Sayfa > Manşet / Ölkə > Nazirlikdən əhaliyə bayram XƏBƏRDARLIĞI
Nazirlikdən əhaliyə bayram XƏBƏRDARLIĞI21-12-2018, 12:54. Yazar: sevinc1 |
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən aia.az-a verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir: evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı; işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli; ağac tezalışan oyuncaqla bəzədilməməli; qapalı məkanda atəşfəşanlıq edilməməlidir; Bayram şənliyində bunlar nəzərə alınmalıdır: şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli; şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı; pəncərədə dəmir barmaqlıq olmamalı; məkanın iki çıxışı olmalı; ehtiyat qapı üzərində "Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı; otağın qapıları mütləq bayıra açılmalı; məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı; şənlikdə işıq tam söndürülməməli; şənliyə tezalışan materialdan paltar geyinilməməli; məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır. "Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə vurğulanıb. aia.az Geri dön |