Ana Sayfa > Siyasət > Türkiyədə Qarabağ Forumu keçiriləcək

Türkiyədə Qarabağ Forumu keçiriləcək


21-12-2018, 11:24. Yazar: sevinc1
Türkiyədə Qarabağ Forumu keçiriləcək


Beynəlxalq Qarabağ Forumunun növbəti 6-cı toplantısı sabah Türkiyənin İzmit şəhərində öz işinə başlayacaq. Qurumun Azərbaycan təmsilçiliyinin üzvləri, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə toplantıda iştirak etmək üçün bu gün Türkiyəyə yola düşüblər.

Hazırda Beynəlxalq Qarabağ Forumunda Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan təmsil olunurlar. Forum Qarabağ həqiqətlərinin təbliği üçün beynəlxalq şəbəkənin yaradılması və gücləndirilməsi, Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətinin ifşa edilməsi, dünya birliyində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv ictimai rəyin formalaşdırılması, saxta “erməni soyqırımı” iddialarının rədd edilməsi, dünyada işğalçılıq, separatizm, terrorizm kimi fəlakətlərə qarşı səylərin birləşdirilməsi istiqamətində fəaliyyət göstərir.

QAT sədri Akif Nağı Modern.az-a açıqlamasında bildirib: “Beynəlxalq Qarabağ Forumunun işini təkmilləşdirməyə, səmərəliliyini artırmağa çalışırıq. Türkiyə toplantısında həm ümumi məsələlərə baxılacaq, yerli nümayəndəliklərin fəaliyyət prinsipləri müzakirə olunacaq, həm də Türkiyə təşkilatlarının fəaliyyəti ilə bağlı ayrıca müzakirələr aparılacaq”.

Xatırladaq ki, Beynəlxalq Qarabağ Forumu 2015-cu ildə Bakıda təsis edilib, ikinci toplantısı İzmirdə, 3-cü Gəncədə, 4-cü Ərdəbildə, 5-ci Bakıda keçirilib.

aia.az
Geri dön