Ana Sayfa > Manşet / Gündəm > Qarabağ İcmasına yeni sədr seçildi - YENİLƏNİB

Qarabağ İcmasına yeni sədr seçildi - YENİLƏNİB


20-12-2018, 12:15. Yazar: sevinc1
Qarabağ İcmasına yeni sədr seçildi - YENİLƏNİB



Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib.


İcmanın bu gün keçirilən qurultayında 23 nəfərdən ibarət yeni idarə heyəti seçilib.


Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri seçilib.

Asif Cahangirov isə icra heyətinin sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.

Qeyd edək ki, bu,Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayıdır.


Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.


2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayı keçirilib. Həmin qurultayda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri və icmanın rəhbəri seçilib. İcma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.


İcmanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.(modern.az)

aia.az
Geri dön