Ana Sayfa > Cəmiyyət > Ötən gün Azərbaycan yollarında 3 nəfər öldü

Ötən gün Azərbaycan yollarında 3 nəfər öldü


20-12-2018, 10:50. Yazar: sevinc1
Ötən gün Azərbaycan yollarında 3 nəfər öldü


Dekabr ayının 19-dan 20-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.



DİN-in mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb.



Əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub.



Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.



Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.



Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.



Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

aia.az
Geri dön