Ana Sayfa > Cəmiyyət > Cəbhədə erməni təxribatı - Müdafiə Nazirliyi məlumat yaydı

Cəbhədə erməni təxribatı - Müdafiə Nazirliyi məlumat yaydı


18-12-2018, 11:01. Yazar: sevinc1
Cəbhədə erməni təxribatı - Müdafiə Nazirliyi məlumat yaydı


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

Bu haqda aia.az-a Müdafiə Nazirliyindən bildirilib.

Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Baş Qərvənd, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

aia.az
Geri dön