Ana Sayfa > Parlament / Şou-biznes / Aia TV / Karusel > IŞID 837 qadını edam etdi (FOTO)
IŞID 837 qadını edam etdi (FOTO)27-12-2015, 14:27. Yazar: admin |
Terror qruplaşması “seks-cihad”da iştirak etmədiklərinə görə 150 dən çox qadını öldürüb IŞID terror qruplaşmasi bir il ərzində İraqın şimalında 837 qadını edam edib. Aia.az-in məlumatına görə, bu barədə Niyneva əyalətinin polis generalı Zanun əl-Sabavi bildirib. "Öldürülmüşlərin cəsədlərinin gətirildiyi Mosul şəriət tibbi məhkəməsinin mərkəzinin statistikasına əsasən, döyüşçülər şəhərin alınmasından bəri təxminən 837 nəfər qadın edam ediblər", - deyə Sabavi bildirib. Onlardan əksəriyyət IŞID terrorçularının şəriət məhkəməsinin qərarı ilə güllələnmişlər. Bu halda ilk zərbəni şura deputatları, dövlət qulluqçuları, vəkillər, notariuslarda və bərbərlərdə çalışan qadın-namizədlər alıb. Mosul 2014-cü ildə IŞID terror qruplaşmasi tərəfindən tutulub. Bir müddət əvvəl İŞİD terrorçu qruplaşması cadugərlikdə ittiham etdikləri 74 uşağı edam edib. Uşaqlarla birlikdə onların anaları və qohumları da öldürülüblər. İŞİD terror qruplaşması cadugərlikdə ittiham etdikləri 3000 insanı edam edib. Bunların əksəriyyəti qadındır. Bir müddət əvvəl İŞİD terror qruplaşması Palmira şəhərində 217 nəfəri edam edib. Öldürülənlərin 67-si dinc sakin, o cümlədən 14-ü uşaq və 12-i qadın olub. Qalan 150 nəfər isə Suriya ordusunda xidmət edən hərbçilər olub. Qeyd edək ki, İŞİD terrorçuları mayın 24-də Palmirada 400 dinc sakinə divan tutub. Bundan əlavə qruplaşma “seks-cihadı”nda iştirak etmədiklərinə görə, 150 dən çox qadını edam edib. “Seks-cihadı” dedikdə İŞİD terrorçulurarına intim xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bunun üçün dünyanın müxtəlif ölkələrindən olan gənc müsəlman xanımları Suriya və İraq ərazisinə gəlməyə çağırırlar. Mosul ərazisi xəritədə Geri dön |