Ana Sayfa > Karusel / Siyasət > 44 ölkədən 250 nümayəndə Bakıda qlobal konfrans üçün toplaşdı
44 ölkədən 250 nümayəndə Bakıda qlobal konfrans üçün toplaşdı15-12-2018, 11:40. Yazar: sevinc1 |
Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir. Modern.az-ın məlumatına görə, 44 ölkədən 250-yə yaxın nümayəndənin iştirak etdiyi konfransda dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələləri müzakirə olunur. Konfransın ikinci günündə Azərbaycan tərəfdən "Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və digərləri çıxış edəcəklər. Dekabrın 14-də başlayan konfrans öz işini bu gün yekun sənədlə başa vuracaq. aia.az Geri dön |