Ana Sayfa > Karusel / Dünya > Belarus liderindən Paşinyana İTTİHAM: “Problemi o yaradıb”
Belarus liderindən Paşinyana İTTİHAM: “Problemi o yaradıb”14-12-2018, 15:56. Yazar: sevinc1 |
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibini hələ də seçə bilməməyimiz biabırçılqıdır”. Modern.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib. O yaranmış böhranda Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib. “KTMT-ın Baş katibi postuna təqaüdçüləri deyil, gənc, istedadlı generalları təyin etmək lazımdır. Baş katibin seçilməsi ilə bağlı həngaməni Nikol Paşinyan yaradıb. O mənə telefonla zəng edəndə “Xaçaturovu nə üçün siyasi motivlərlə həbs etdin. Mən siyasi motivlər əsasında həbsləri dəstəkləmirəm”-deyə ona dedim. Avrasiya İttifaqı liderlərinin Sankt-Peterburq sammiti barədə də danışan Lukaşenko həmin görüşdə özünün, Putinin və Nursultan Nazarbayevin Paşinyana eyni sualı verdiklərini xatırlayıb. “Nə üçün o Xaçaturovun həbsi barədə vacib qərarı verəndə bizimlə məsləhətləşmədi? Axı, problemi biz yox, Paşinyan yaradıb”. aia.az Geri dön |